AZ

Türkəçarə bəzən öldürə də bilər - Həkim xəbərdarlığı

15:10 15.05.2025
15:10 15.05.2025

Tibb sahəsi günü-gündən inkişaf etsə də, hələ də bəzi vətəndaşlarda türkəçarəyə maraq yüksəkdir. Xüsusilə də nisbətən yaşlı nəslin nümayəndələri insan səhhətində baş verən müxtəlif problemləri ənənəvi üsullarla aradan qaldırmağa çalışırlar. Qol-ayaq çıxıntıları, azyaşlılarda çöpün qalması, müəyyən travmalardan yaranan qorxuların aradan qaldırılması və başqa hallar buna misal ola bilər.

Həkim-terapevt Günay Lətifova bildirib ki, sosial media və əhatə inkişaf etdikcə, insanların o qulaqdan bu qulağa eşitdiyi fikirlər, axtarış platformalarında yayılan qeyri-məlum reseptlər türkəçarələrə hələ də inamın qalmasına şərait yaradır.

Həkimin sözlərinə görə, insanların özlərini müalicə üçün “başqası edibsə, məndə də effektli olacaq”,- deyə fərqli üsullara əl atmaları hələ də bəzi yerlərdə aktualdır.

“Hətta indi tibdəki bəzi xəstəliklərin qiymət fərqləri buna inamı daha da artırıb. Vətəndaş isə, ən son halda (zəhərlənmə, fəsadlaşma artanda, vəziyyəti ağırlaşanda) həkimə müraciət edirlər”.

Bu üsullar hansı xəstəliklərə səbəb olur?

Günay Lətifova açıqlayıb ki, türkəçarələr bir çox simptomatik xəstəliklər üçün keçərli sayılır. Bunlara baş ağrıları, mədə ağrıları, ürəkbulanmalar, kosmetik problemlər, baxım və kosmetik məhsullar nəticəsində dəridə yaranan problemlər, mənşəyi məlum olmayan qida əlavələrinin qəbulu ilə yaranan çətinliklər (qaraciyərdə, öddə əks-göstərişlər) misal ola bilər.

Ekspert vurğulayıb ki, hər bir şəxsin orqanizmi özəldir və ona uyğun individual müalicə üsulu mütəxəssis tərəfindən həyata keçirilməlidir.

“Bir şəxsə edilən yöntəm hər kəsə uyğun ola bilməz. Vətəndaşlar səhhətlərində yaşadığı kiçik bir problemi başqası ilə müqayisə etmədən, müxtəlif şəxslərdən eşitdiyi dərmanları qəbul edərək təhlükəyə atmadan həll edə bilərlər. Bunun üçün düzgün mütəxəssis rəyi önəmlidir”.
 


Seçilən
0
3
mynews.az

4Mənbələr