Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Torskoye və Novoaleksandrivka kəndlərini nəzarətə götürüb.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
"Qərb" hərbi qruplaşmasının bölmələrinin fəal hərəkətləri nəticəsində Donetskin Torskoye qəsəbəsi, "Mərkəz" hərbi qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində isə Novoaleksandrivka qəsəbəsi azad edilib", - deyə vurğulanıb.
Qeyd edək ki, Rusiya ordusu Donetsk vilayətində irəliləməyə davam edir.
Daşqın HəsənovMissiya.Az