“Rəqəmlərə diqqət yetirsək, ötən ilin eyni dövrünə nisbətdə bu il inflyasiya 5.8 faiz artıb. Əsasən, qida məhsullarında daha çox artım var. Burada bir çox birinci dərəcəli istehlak etdiyimiz məhsulların qiymətində daha çox bahalaşma müşahidə olunur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. O, bildirib ki, keçən aya nisbətdə inflyasiyanın faiz nisbətinin artımı artıq səngiyib:
“Son 5 il ərzində dünyada inflyasiya problemi olduqca geniş şəkildə özünü göstərir. Hətta 2022-ci il dünya iqtisadiyyat tarixində “inflyasiya ili” kimi yadda qaldı. Pandemiya ilə mübarizədə bir çox ölkələrin fiskal və monetar siyasəti nəticəsində bu təbii hal idi. İnflyasiya dünya iqtisadiyyatını bürüməklə, bizə ikiqat təsir etdi. Çünki biz daxili infliyasiya prosesləri ilə yanaşı, idxal inflyasiyası ilə də mübarizə aparmalı olduq. Nəticə etibarı ilə, kifayət qədər bahalaşmanın şahidi olduq. Əslində praktikada iqtisadçılar proqnozlaşdırırdılar ki, 2025-ci ilin may ayından bu strukturlu formada səngiyəcək. Əslində rəqəmlərə diqqət yetirsək, ötən ilin eyni dövrünə nisbətdə bu il inflyasiya 5.8 faiz artıb. Əsasən, qida məhsullarında daha çox artım var. Burada bir çox birinci dərəcəli istehlak etdiyimiz məhsulların qiymətində daha çox bahalaşma müşahidə olunur. Amma keçən aya nisbətdə diqqət yetirsək, inflyasiyanın faiz nisbətinin artımı artıq səngiyib. Bu rəqəmsal olaraq da özünü göstərir. Ötən aya nisbətdə cəmi 0.3 faiz bahalaşma müşahidə olunub. Bu isə o deməkdir ki, proqnozlar özünü doğrultmaqdadır”.
Ekspert qeyd edib ki, inflyasiyanın qarşısını almaq üçün yerli istehsalın bazardakı çəkisi artmalıdır:
“İnlfyasiya ilə mübarizədə ilk növbədə yerli istehsalı gücləndirməklə, idxal amilini maksimal şəkildə azaltmalıyıq. Bu isə yerli istehsalı artırmaqla, rəqabətyönümlü fəaliyyət növlərini qaldırmaqla mümkündür. Eyni zamanda inhisarçılıq da buna mənfi təsir edir. Bunların hamısını biz makroiqtisadi səviyyədə yerinə yetirməliyik. İnfliyasiya dedikdə, istehlak səbətinə daxil olan məhsulların birinci dərəcəli vacibliyini nəzərə almaq lazımdır. Birinci dərəcəli vacib məhsullarda heç olmasa müəyyən edilmiş kriteriyalar qorunmalıdır. Onlar qorunsa, digər hallardakı inflyasiya insanların həyatına elə də ciddi təsir etməyəcək. Məsələn, hardasa xlorun qiyməti 100 faiz bahalaşsa, onun sizə və mənə birinci dərəcəli narahatlığı olmayacaq. Amma çörəyin qiymətinin 100 faiz bahalaşması sizə də, mənə də əziyyət yaradacaq. Bu nöqteyi-nəzərdən, infliyasiyanın ölçülməsində istehlak səbətinə daxil olan məhsulların da birinci dəcəcəli səbəti müəyyənləşməlidir. Bu təhlili aparmaqla, sağlam infliyasiya səviyyəsini müəyyən edə biləcəyik”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda illik inflyasiyanın artım tempi 5,9 faizdən 6,3 faizə qalxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta