"Tottenhem"in hücumçusu Riçarlison yayda klubunu dəyişə bilər.
Operativ Media "Sky Sports"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Everton"a qayıda bilər.
Braziliyalı ilə "İsveç"in baş məşqçisi David Moyes maraqlanır.
Riçarlison 2018-2022-ci illərdə “Everton”da çıxış edib. Daha sonra “Tottenhem”ə keçib. Bu mövsüm forvard bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.