AZ

Skaloni Messi və Maradona arasında seçim etdi

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ölkənin futbol əfsanələri – Lionel Messi və mərhum Dieqo Maradona arasında seçib edib.

Arena.az jurnalist Alfredo Pedullanın (Pedulla) saytına istinadən, argentinalı mütəxəssisin müvafiq qənatəini təqdim edir:

“Messi və ya Maradona? Mən Messini seçirəm, çünkü onunla işləyirəm və necə bir oyunçu olduğunu bilirəm. Mənim baxışımca, onları müqayisə etmək faydasızdır, axı onların oyunundan zövq almaq gərəkdir. Mən əminəm ki, onların hər ikisi özlərini 70-ci, 80-ci, 90-cı illərdə və indi parlaq surətdə təzahür etdirə bilərdilər, belə ki, yaxşı futbolçu həmişə yaxşı futbolçu olaraq qalır”, deyə Skaloni vurğulayıb.

Don Dieqo Armano Maradonanın təqdimata ehtiyacı yoxdur. Lionel Messiyə gəlincə, “Leo” 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 54 oyun, 44 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
0
9
arena.az

10Mənbələr