AZ

Talaçaydan və Damarçın çayından sel keçir

Bəzi çaylarda sululuq artıb, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan və Şəki rayonu ərazisindən axan Damarçın çayından sel keçir.

Ölkə.az xəbər verir ki, bu barədə avtomat hidroloji stansiyalardan bildirilib. 

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 19 sm artıb, su sərfi 653 m3/san olmaqla normanın 87%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 56 sm artıb, su sərfi 270 m3/san olmaqla normanın 133%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqəli çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Seçilən
0
28
olke.az

10Mənbələr