AZ

Hansı qidaları birlikdə yemək olmaz?

Düzgün qidalanma sağlamlığın qorunması və orqanizmin normal fəaliyyəti üçün vacib amillərdən biridir. Gündəlik pəhriz qaraciyər, ürək, mədə və digər həyati orqanların fəaliyyətinə birbaşa təsir göstərir. Lakin bir çox insanlar bir çox qidaları birlikdə qəbul edərək sağlamlıqlarına ziyan vururlar. Bu isə ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.

Azərbaycan mətbəxində də xüsusi yeri olan kabab demək olar ki, ilin hər fəslində hazırlanan yeməklərdəndir. Bəzi insanlar onu spirtli içkilərlə birlikdə istehlak edirlər. Lakin belə bir birləşmə qaraciyərə böyük yük qoyur. Qaraciyər həm yağlı qidaları, həm də spirtli içkini eyni anda emal etməyə çalışır, bu da həzmi çətinləşdirir. Nəticədə sağ qabırğanın altında ağrı, ürəkbulanma və ağırlıq hissi yaranır. 

Qida tərkiblərini bir-birinə uyğun seçməmək həzm problemlərinə yol aça bilər. Məsələn bəzi meyvələr çətin həzm olunur və əsas yeməklərlə birlikdə qəbul edildikdə qarın boşluğunda şişlik yarada bilər.

Bitki zülalları (məsələn, mərcimək və ya noxud) heyvan zülalları (ət, balıq) ilə qarışdırılmamalıdır. Bu mədə-bağırsaq sistemi yükləyir. Acılı qidalar və qazlı içkilər birlikdə qəbul edildikdə isə qarın ağrısına və xroniki mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Mal əti isə soğan və dəniz məhsulları ilə yeyilməməlidir, çünki bu birləşmə həzm sisteminin pozulmasına səbəb olur. Dəniz məhsulları, xüsusən də xurma və üzümlə birlikdə istehlak edildikdə qusma və ishala səbəb ola bilər.

Soğan və sarımsağın həzm sistemini qıcıqlandıran xüsusiyyətləri olduğu üçün onları eyni yeməkdə bir yerdə istifadə etmək məsləhət görülmür. Bu qarın spazmı və bağırsaq ağrısına səbəb ola bilər.

Bəzi qidalar birlikdə qəbul edildikdə ürək-damar sisteminə də mənfi təsir göstərə bilər. Məsələn şərabı şaftalı və ya xurma ilə qəbul etmək sağlamlıq üçün zərərlidir. Bu cür birləşmələr qusma, başgicəllənmə və sürətli ürək döyüntüsünə yol aça bilər.

Pendir və lobya birləşməsi də bədəndə maye tutulmasına səbəb ola bilər. Bu isə qan təzyiqinin və "pis" xolesterinin səviyyəsinin artmasına gətirib çıxarır.

Seçilən
0
9
operativmedia.az

10Mənbələr