İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında yenidən yanğın baş verib. SİA xəbər verir ki, məlumatı "Azad İran" yayıb. Hazırda bu strateji limana giriş qadağandır.
Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai Limanında baş verən partlayış nəticəsində çoxlu sayda insan ölüb, 1139 nəfər yaralanıb. Ölkədə matəm elan olunub.