Rusiya prezidenti Vladimir Putin və Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Pekindən yola düşərkən Moskvada Braziliyaya məxsus xüsusi reysin texniki dayanması zamanı telefon danışığı aparıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Rusiya lideri Braziliya və Çin rəhbərliyinə Ukrayna münaqişəsinin həllinə töhfə vermək istəyinə görə minnətdarlığını bildirib. Braziliya prezidenti də öz növbəsində mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların uğur qazanması üçün mümkün olan hər şeyi etmək niyyətində olduğunu vurğulayıb.