Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də Ukrayna ilə bağlı İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.Bu barədə “Kommersant” məlumat yayıb.
Ötən gün “The Washington Post” (WP) mənbələrə istinadən Rusiyanı təmsil edəcək şəxslərin Sergey Lavrov və Prezident Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov olacağını bildirmişdi.