"Azərbaycanda tez-tez anti-Qərb məsələsi səsləndirilir. Biz həmişə tarazlı siyasət aparmışıq. Düşünmürəm ki, biz əntiqə siyasət aparırıq və aparmalıyıq. Əksinə, Qərblə də əlaqələri inkişaf etdirməliyik".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
"Harada ki, fayda var, bizim maraqlarımız üst-üstə düşür. Avropa ilə enerji əməkdaşlığımız var, bunu inkişaf etdirməliyik. Hesab edirəm ki, Qərblə elm və təhsil sahəsində əməkdaşlığımızı gücləndirməliyik", - deyə F.Şəfiyev bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta