AZ

Azərbaycan və Latviya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Kənd Təsərrüfatı Nazirliyində Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə kənd təssərrüfatı nazirinin müavini Sarvan Cəfərov Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze ilə aqrar sahədə əməkdaşlıq imkanlarını müzakirə edib.
 
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
 
Tərəflər Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Seçilən
0
5
moderator.az

10Mənbələr