Bakı. Trend:
Uqanda Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv vəmüşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatındagörüşü keçirilib.
Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlayn görüş Ümumdünya Səhiyyə Assambleyasının78-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçiölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri vəonların müvafiq həlli yollarının müzakirəsinə həsr olunub.
İştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının Başdirektoru Tedros Adhanom Qebreyesus tədbirin mahiyyətinivurğulayaraq, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
Öz növbəsində Uqandanın səhiyyə naziri xanım Ceyn Rut Asenqxatırladıb ki, Qoşulmama Hərəkatının 2024-cü ilin yanvarındaKampalada keçirilən XIX Zirvə toplantısında dövlət və hökumətbaşçıları COVID-19, HİV/QİÇS, malyariya, vərəm, hepatit və digərxəstəliklər kimi epidemiyaların yaratdığı qlobal təhlükədənnarahatlıqlarını bildiriblər: “Builki toplantının əsas məqsədiQoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərininepidemiyaların yaratdığı qlobal təhlükə ilə bağlı təcrübəmübadiləsi aparmaqla birgə tədbirlərin gücləndirilməsinə imkanyaratmaqdır”.
Onlayn iclasda çıxış edən Azərbaycanın səhiyyə naziri TeymurMusayev Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə ölkəmizin2019-2023-cü illər üçün sədrliyi öz üzərinə götürdüyünü vurğulayıb.2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasınaməruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətləyanaşması diqqətə çatdırılıb. Nazir Azərbaycanın pandemiya iləmübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıratəşəbbüslər irəli sürdüyünü bildirib: “Prezident İlham Əliyevintəklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT BaşAssambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət vəhökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Eynizamanda, Azərbaycan həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatıvasitəsilə əksəriyyəti Hərəkat üzvü olan ölkələrə maliyyə vəhumanitar yardımlar göstərib”.
“Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda davətəndaşların sağlamlığı və rifahı dövlətin əsas prioritetlərindənbiridir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Bakıda BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) keçirilib. İqlim dəyişikliyisağlamlıq üçün ciddi təsirlər yaradır, xüsusilə də bu dəyişikliyinön cəbhəsində, həssas vəziyyətdə olan ölkələr və icmalar üçün. Buvəziyyətlər təcili tədbirlər və bir daha beynəlxalq həmrəylik tələbedir. Bu səbəbdən COP29-un gündəliyində iqlim dəyişikliyi vəsağlamlıq mövzusu mərkəzi yer tutub. Azərbaycan həmçinin “İqlim vəSağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nıntəşəbbüsünü dəstəkləyib”, - deyə Azərbaycanın səhiyyə naziribildirib.
Teymur Musayev, həmçinin ölkəmizin son dövrlərdə səhiyyəsahəsində əldə olunmuş nailiyyətləri sırasında icbari tibbisığortanın tətbiqi, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması,Elektron Resept Sisteminə keçidi qeyd edib: “Azərbaycan busahələrdə əldə etdiyi təcrübə və yaxşı təcrübələri bölüşməyəhazırdır”.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri pandemiyanınqarşısının alınmasının, hazırlığın və ona qarşı mübarizənin milligündəmlərdə olmasının, bütün vətəndaşlar üçün optimal fiziki vəpsixi sağlamlığın təmin edilməsinin, ilkin tibbi yardıma diqqətyetirməklə universal tibbi əhatəyə nail olunmasının vacibliyinivurğulayıb: “Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyininhəyata keçirilməsi, eləcə də keyfiyyətli səhiyyə xidmətləri,təhlükəsiz, effektiv və uyğun qiymətə dərman vasitələri, vaksinlər,diaqnostika və tibbi texnologiyalarla təmin olunması üçün əsasamildir”.
Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyənazirləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini yüksəkqiymətləndirib, Prezident İlham Əliyevə minnətdarlıqlarınıbildiriblər. Pandemiyanın ən çətin dövründə Azərbaycan nəinkisədrlik vəzifəsini səmərəli yerinə yetirdiyi, həm də Hərəkatınfəaliyyətini xeyli aktivləşdirilməsi xüsusilə vurğulanıb.
İclasın sonunda milli sağlamlıq məqsədlərinə nail olmaq üçünbeynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeydedilib.