AZ

Rusiya vətəndaşı Bakıda qəza törətdi: ölən var

Bakıda Rusiya vətəndaşının idarə etdiyi avtomobil piyadanı vurub.

Axar.az xəbər verir ki, 1975-ci təvəllüdlü İmiraslan Şıxveledoviç Şıxveledovun idarə etdiyi “Volvo” markalı avtomobil Xəzər rayonunda yolu keçən piyada, 1975-ci il təvəllüdlü Sabir Balamirzə oğlu Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
0
13
axar.az

10Mənbələr