Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.
"Report"un məlumatına görə, bu vəzifə Samir Namazova həvalə olunub.
Samir Namazov öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xəstəxananın əvvəlki direktoru Emin İsmayılov işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl vəzifədən azad edilib.