AZ

İstanbulda zəlzələ olub

İstanbulda 4 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Silivri sahillərində yerin 4,4 kilometr dərinliyində yerləşib.

Mərmərə dənizinin Silivri sahillərində baş verən zəlzələnin İstanbul və ətraf rayonlarda hiss olunduğu bildirilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Seçilən
0
7
operativmedia.az

10Mənbələr