AZ

Günəşdə güclü partlayış baş verdi

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

"Günəşdə hazırda X səviyyəli partlayış qeydə alınır. İlkin bal X1.2 təşkil edir. Bu, təxminən 1,5 aylıq fasilədən sonra bu sinifin ilk hadisəsidir", - deyə bildirilib.

Alimlərin fikrincə, partlayış Günəşin qərb kənarında baş verib və buna görə də Yer üçün təhlükə yaratmır.

Seçilən
0
6
axar.az

8Mənbələr