Ukrayna xüsusi xidmət orqanları ölkəmizdə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsinin qarşısını almaq üçün Macarıstana qarşı əməliyyata başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban Müdafiə Şurasının iclasında deyib.
Bundan əlavə, Orban bildirib ki, Macarıstanın siyasi müxalifəti Ukrayna xüsusi xidmət orqanlarının rəhbərliyi altında Macarıstan Silahlı Qüvvələrini gözdən salmağa cəhd edir:
“Mən şuranı ona görə çağırdım ki, son günlər xüsusi xidmət orqanlarının Macarıstana qarşı görünməmiş hücumu həyata keçirilib. Ukrayna bizim Aİ-yə üzvlüklə bağlı səsvermə təşəbbüsümüzü əngəlləmək üçün Macarıstana qarşı koordinasiyalı böhtan kampaniyasına başlayıb".
Qeyd edək ki, son günlər Macarıstan və Ukrayna arasında görünməmiş casus qalmaqalı yaşanır. Mayın 9-da UTX iki nəfərin Macarıstan hərbi kəşfiyyatına işləməkdə ittiham edilərək həbs olunduğunu elan edib. Daha sonra Macarıstan Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı diplomatı ölkədən çıxarıb və Ukrayna da buna cavab olaraq adekvat addım atıb.