AZ

"Putin çox güman ki, İstanbulda Zelenski ilə görüşə getməyəcək" - ISW

"Rusiyanın rəsmiləri Zelenskinin dəvətini "səhnələşdirilmiş komediya" adlandırır və onun legiyimliyinə şübhə yaratmağa səy göstərir..."
 
Rusiya rəsmiləri, görünür, Vladimir Putinə mayın 15-də İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa atəşkəs danışıqlarına qatılmaqdan imtina etməsi üçün zəmin hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (İSW)  hesabatında deyilir. Məlumatı "obozrevatel.com" nəşri yayıb.
 
ISW Rusiyanın yüksək vəzifəli rəsmilərinin son bəyanatlarını təhlil edərək, onların Zelenskinin dəvətini "səhnələşdirilmiş komediya" adlandırdıqlarını və belə mürəkkəb şəraitdə yüksək səviyyəli görüşlərin mümkün olmadığını iddia etdiklərini qeyd edir. Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa da Putinin İstanbulda görüşə gedəcəyinə şübhə etdiyini bildirib. Rəsmi Kreml isə bu dəvətə hələ cavab verməyib.
 
ISW vurğulayır ki, Putin Rusiyadakı ictimai rəyi uzunmüddətli müharibəyə hazırlamağa çalışır və bu səbəblə Ukrayna rəhbərliyini qeyri-legitim elan edən saxta narrativdən istifadə edir. Bu ritorika Rusiyanın Ukrayna ilə danışıqlardan imtinasını və Kiyevdə Rusiyaya bağlı hökumət yaratmaq planını əsaslandırmaq üçün istifadə olunur.
 
ISW bəyan edir ki, əgər Kreml sülh danışıqları aparmaq istəyirsə, bu ritorikadan ya imtina etməli, ya da onu dəyişməlidir. Analitiklər qeyd edir ki, Putin İstanbul danışıqlarına dəvətdə "Kiyev hakimiyyəti" ifadəsini işlədib, lakin Zelenskinin adını çəkməyib, bu da ritorikanın hələ dəyişmədiyini göstərir.
 
ISW ehtimal edir ki, Kreml bu saxta ritorikanı "dondurulmuş" halda saxlaya və mümkün sülh sazişindən sonra onu yenidən aktivləşdirə bilər ki, istədiyi vaxt müharibəni bərpa etsin. İnstitut qeyd edir ki, Rusiya ilə Ukrayna arasında imzalanacaq istənilən uzunmüddətli sülh razılaşması, Ukrayna prezidenti, hökuməti və Konstitusiyasının legitimliyinin Rusiya tərəfindən açıq şəkildə tanınmasını ehtiva etməlidir.
 
Xatırladaq ki, mayın 10-da Fransa, Almaniya, Polşa və Böyük Britaniya liderləri Kiyevdə görüşərək, mayın 12-dən etibarən ən azı 30 günlük qeyd-şərtsiz atəşkəsin tətbiq edilməsinə və Rusiyanın bunu rədd edəcəyi təqdirdə daha sərt sanksiyaların tətbiq ediləcəyini bəyan edib.
 
Putin mayın 11-də gecə Ukraynaya müdaxiləni ilk dəfə açıq şəkildə "müharibə" adlandıraraq,
mayın 15-də İstanbulda birbaşa danışıqlar təklif edib. Zelenski isə Ukraynanın mayın 12-də atəşkəsi gözlədiyini və sülh danışıqları üçün hazır olduğunu, 15 mayın 15-də isə Türkiyədə Putini şəxsən gözləyəcəyini bildirib.
 
Mayın 12-də Kremlin sözçüsü Dmitri Peskov, Putinin "əvvəlcədən şərtsiz danışıqlara hazır olduğunu" desə də, onun İstanbula gedib-getməyəcəyi barədə konkret cavab verməyib. Zelenski isə Moskvanın susqunluğunu "çox qəribə" adlandırıb.
Seçilən
0
15
moderator.az

10Mənbələr