AZ

İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir - Fotolar

İstanbulda “Azərbaycan Kino Günləri”nə start verilib.

OLAY yazır ki, təşəbbüs Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Layihəyə əsasən, mayın 14-dək davam edəcək kino günləri çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə son illərdə istehsal olunan filmlərimizin nümayişi nəzərdə tutulur.

Kino günlər çərçivəsində milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.

İstanbulun Bahçeşehir Universitetində təşkil olunan film nümayişindən əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin hər gün daha da genişləndiyini, müxtəlif layihələrin uğurla həyata keçirildiyini qeyd edib.

Samir Abbasov iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin birgə layihəsi kimi reallaşdırılan “Azərbaycan Kino Günləri” haqqında danışaraq, xalqımızın tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən kino sənətinin hər bir insana təsir edən gözəl vasitə adlandırıb.

Bahçeşehir Universitetinin prorektoru, kino və televiziya bölməsinin rəhbəri professor Nilay Ulusoy çıxışında təşkil edilən günlərin Türkiyədə yeni Azərbaycan filmlərinin tanıdılmasına xidmət etdiyini vurğulayıb.

“Cənnət yuxusu” bədii-sənədli filminin rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Elxan Cəfərov isə ekran əsərinin hazırlanma prosesi və Mirzə Qədim İrəvani ilə bağlı fikirlərini bölüşüb.

Sonra filmi nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Seçilən
0
4
olay.az

10Mənbələr