Bu gün Azərbaycan 2-ci liqasında 25-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, 7 matçın hamısı eyni gündə oynanılacaq və saat 17:00-da başlayıb.
"Şəki Siti" "Araz-Saatlı" ilə, "Ağdaş" "Dinamo" ilə, "Göygöl" "Kür-Araz"la, "Lerik" "Şəmkir"lə qarşılaşıb.
Lider "Şahdağ Qusar" "Qusar"la üz-üzə gəlib. 2-ci yerdəki "Şəfa" "Füzuli"nin qonağı olub. 3-cü pillədəki "Şimal" isə "Haypers Quba"nı sınağa çəkib.
Bugünkü nəticələrdən sonra lider "Şahdağ Qusar" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirə bliərdi. Bunun üçün Qusar təmsilçisinin qalıb gəlməsi, 2-ci pillədə olan "Şəfa"nın isə xal itirməsi kifayət idi. Lakin "Şahdağ Qusar" və "Şəfa" qələbə qazandıqlarına görə, çempionluğun taleyi son tura qalıb.
Qeyd edək ki, artıq "Şahdağ Qusar" və "Şəfa" növbəti mövsüm üçün 1-ci liqaya vəsiqəni təmin ediblər.
13 may (çərşənbə axşamı)
17:00. “Füzuli” – “Şəfa” - 0:7
Qollar: A.Yunanov, 17, 38, 44, 50; A.Paşayev, 37; R.Məhərrəmov, 60; C.Bağırov, 79
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASK Arena”
17:00. “Şahdağ Qusar” – “Qusar” - 3:1
Qollar: S.Qurbanov, 22; X.Sadıxov, 74; K.Mirzəliyev, 90+4 - O.Əlixanov, 12
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Neftçi Futbol Mərkəzi, (IV meydança)
17:00. “Ağdaş” – “Dinamo” - 0:2
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov
Ağdaş şəhər stadionu
17:00. “Göygöl” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov
Göygöl OİK stadionu
17:00. “Haypers Quba” – “Şimal” - 2:1
Qollar: C.İmamverdiyev, 26 - pen; 51 - Ş.Sədiyev, 45
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov
Quba OİK stadionu
17:00. “Şəki Siti” – “Araz Saatlı” - 1:0
Qol: Ə.Tağızadə, 49
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov
Şəki şəhər stadionu
17:00. “Lerik” – “Şəmkir" - 1:4
Qollar: Z.Nuruzadə, 52 - V.Cəfərov, 21 - pen; 31, 35; R.Bağırov, 68 - avtoqol
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov
Lənkəran OİK stadionu