AZ

Britaniya və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi

BAKI, 13 may. TELEQRAF

Mayın 13-də Berlində (Almaniya) Ermənistan müdafiə naziri Suren Papikyan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Lyuk Pollardla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan-Britaniya əməkdaşlığının müdafiə sahəsində əsas istiqamətləri və onların inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər hər iki ölkədə müdafiə attaşelərini təyin etməklə əməkdaşlığa yeni təkan verməyə hazır olduqlarını bildiriblər.

Görüşdə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr