AZ

"Braziliya millisi ilə yeni çağırışa başlayıram"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti, Braziliya millisinə baş məşqçi təyin olunmasından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Universal" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

"26-cı ildən Braziliya millisinin məşqçisi olacağam. Bu, böyük problemdir, amma yenə də "Real Madrid"in baş məşqçisiyəm. Böyük macəranın bu hissəsini yaxşı başa vurmaq istəyirəm. Mənim gedişim niyə rəsmiləşdi? Çünki Braziliya Futbol Konfederasiyası bu açıqlamanı verdi, 26-cı ildən isə bu milli komandanın məşqçisi olacağam.

"Real" nə vaxt istəsə, rəsmi açıqlama verəcək. Bununla bağlı heç bir problem yoxdur. Nə vaxt çap edəcəklərini bilmirəm. Lazım bildikləri vaxt bunu edəcəklər. Əlavə edəcəyim heç nə yoxdur."

İtaliyalı çalışdırıcı cari mövsüm başa çatdıqdan sonra Madrid klubunu tərk edib.

Seçilən
0
6
90deqiqe.az

7Mənbələr