AZ

Goranboyda bədii gimnastika üzrə bölgələrarası kubok keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, müxtəlif bölgələrdən bir araya gələcək idmançılar iki gün ərzində kubok uğrunda mübarizə aparacaqlar.

Yarışlar mayın 23-24-də təşkil olunacaq.

 

Seçilən
0
9
azertag.az

10Mənbələr