
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Yüksək Texnologiyalar Parkı" MMC-də “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə FHN-in Bakı Regional Mərkəzinin rəisi, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər. Təlimin məqsədi mülki müdafiə qüvvələrinin idarə olunması, xilasetmə işlərinin təşkili və əməli vərdişlərin inkişaf etdirilməsi olub. Təlimə 156 nəfərdən ibarət şəxsi heyət və 31 ədəd texnika cəlb edilib, qarşılıqlı fəaliyyət uğurla həyata keçirilib.
Diqqət Çəkənlər
Bəhreyn səfərində Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun əsas məqsədi nə idi?
Putin Qərbi siyasi arenada “ustalıqla mat etdi” – Merküris
Ali Məhkəmədə nasist arxivi tapıldı – 1941-ci ildən qalan sirlər üzə çıxdı