AZ

Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq miqyasda tanınan Filip Kotlerin “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing – EOMM) adlı kitabının Azərbaycan nəşrində təqdim olunacaq.

Azercell-in rəqəmsal transformasiya sahəsindəki uğurlu təcrübəsini əks etdirən bu nəşrdə şirkətin rəqəmsallaşma strategiyasına geniş yer ayrılıb. Kitabda Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyasının tətbiqi, daxili əməliyyatların optimallaşdırılması və yerli bazarda reallaşdırılmış yeniliklər ətraflı şəkildə əks olunur. Bu təşəbbüslər Azercell-in innovasiyalara sadiqliyini nümayiş etdirməklə yanaşı, milyonlarla istifadəçinin rəqəmsal təcrübəsinin inkişafına verdiyi töhfəni önə çıxarır.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib: “Bu qlobal platforma Azərbaycanın rəqəmsal ekosistemində müşahidə olunan sürətli inkişafı beynəlxalq auditoriyaya təqdim etmək üçün unikal bir imkandır. Biz də öz növbəmizdə ekosistemin aparıcı qüvvələrindən biri olaraq texnoloji dəyişikliklərin yaratdığı imkanlar və çağırışlar barədə dərin anlayışa və strateji baxışa malikik. Azercell-in bu sahədəki təcrübəsi şirkətdaxili proseslərin və prosedurların rəqəmsallaşdırılması ilə başladı və artıq abunəçilərimizə təqdim olunan innovativ xidmətləri əhatə edir. Qeyd etmək istərdim ki, şirkətimiz Azərbaycanda fintex həllini tətbiq edən ilk mobil operator olub. Bu təşəbbüs çərçivəsində həyata keçirilən startap layihəmiz bu gün Azercell-in törəmə şirkəti kimi fəaliyyətini davam etdirir.”

Seçilən
0
12
publika.az

10Mənbələr