Rusiya Federasiyasının əməkdar artisti, rejissor Leonid Qaydayın dul həyat yoldaşı Nina Qrebeşkova 94 yaşında dünyasını dəyişib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Əvvəla, Qrebeşkova tamaşaçılara əri Leonid Qaydayın kult filmlərindəki parlaq rolları ilə tanınır.
Onların arasında “Brilyant əl”, “12 stul”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” və digər məşhur sovet filmləri var. ...Bundan əvvəl əfsanəvi balerina Alla Osipenkonun dünyasını dəyişdiyi məlum olub. Dünya balet ulduzunun 92 yaşı var idi. RSFSR xalq artistinin ölüm səbəbi açıqlanmır.
Nazlı Almuradova