AZ

Əvəzedicilər: “Kəpəz” evdə uduzdu, “Qarabağ” xal itirdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 34-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Kəpəz”in əvəzediciləri “Sumqayıt”ın ikinci komandası ilə ev oyunundan məğlubiyyətlə ayrılıblar. Altı qolun qeydə alındığı “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda isə qalib müəyyənləşməyib.

Əvəzedicilər Liqası
34-cü tur

10 may

“Sabah-2” – “Şamaxı-2” 4:2
Qollar: Nihat Cabbarov, 30. Şakir Seyidov, 50. Ramil Nuraxmedov, 56; 88 – Fəxri Məmmədli, 15. Rəşid Rəşidli, 78.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Aydın Bəxşiyev, Samir Musayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 12:30.

11 may

“Turan Tovuz-2” – “Neftçi-2” 2:2
Qollar: İsmayıl İsmayılov, 17. Məhəmmədəli Məmmədov, 88 – Cavanşir Şahbazlı, 4. Hüseyn Babayev, 90+5.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 13:30.

“Səbail-2” – “Zirə-2” 1:5
Qollar: Ömər Qurbanov, 83 – Vüsal Əliyev, 20-pen. Saleh Süleymanov, 39. Elşən Abdullayev, 45. Musa Musazadə, 54. Ramin Abdullayev, 67.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Nurlan Əhmədzadə, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 17:00.

12 may

“Kəpəz-2” – “Sumqayıt-2” 1:3
Qollar: Cəlil Allahverdiyev, 10 – Sənan Muradlı, 19; 24. Nadir Orucov, 75.
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 3:3
Qollar: Qurban Səfərov, 20. Nihat Mehralıyev, 39. Tuqay Əlizadə, 90+3-öz qapısına – İftixar İbrahimov, 30-pen; 55; 80.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Anar Bədəlov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.

Seçilən
0
2
arena.az

9Mənbələr