AZ

"PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır" - Politoloq

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır.Belə ki,Öcalan hələ Ecevit iqtidarı dövründə Keniyada zərərsizləşdirilmiş və həbs edilmişdi. Bəllidir ki,o İmralıdakı adadan təşkilatın fəaliyyətinə rəhbərlik etmirdi.Digər tərəfdən PKK-nın Suriyadakı qanadına uzun illərdən bəri ABŞ-nin maliyyə və hərbi dəstək göstərdiyi bəlli idi. ABŞ administrasiyadından müvafiq göstərişlər almadan onun dərhal fəaliyyətini dayandıracağı da inandırıcı deyildi.Nəhayət nəzərə almaq lazımdır ki,PKK vasitəsilə uzun illər Türkiyəni təhdid edən tərəflərdən biri İsrail olmuşdur və regional təhlükəsizlik problemlərinə Ankara ilə fərqli baxışların qaldığı bir şəraitdə Təl Əvivin PKK ilə əməkdaşlıqdan çəkinməyəcəyi birmənalıdır.

Kürdüstan Fəhlə Partiyasının buraxılacağı və fəaliyyətinə xitam veriləcəyi ilə bağlı xəbərlər bu ilin fevral ayından etibarən gündəmdə idi.Belə ki,məhz fevralın 25-də İmralı adasında ömürlük həbs cəzası çəkən PKK-nın sabiq sədri Abdulla Öcalanın təşkilata silahlı mübarizənin dayandırılması və özünü buraxmaq barədə bəlli müraciəti bu qəbilədən olan xəbərlərin gündəmə gəlməsinə səbəb olmuşdu.Türkiyənin xususi xidmət orqanları bununla bağlı uzun müddət idi ki,Öcalanla danışıqlar aparırdılar.
Türkiyədə 2023-cü ilin prezident seçkiləri kürd millətçiliyi mövqeyindən çıxış edən və parlamentdə təmsil olunan Demokrat partiyasının siyasi proseslərə təsir imkanlarının əvvəlki dövrlərlə müqayisədə zəiflədiyinin göstəricisi oldu.Bunu demokratik kompromisə gəlmək məqsədilə Öcalanın nəzərinə Türkiyə iqtidarına yaxın Millətçi Demokrat Partiyasının lıderi Dövlət Baxçalı da çatdırdı.Onun Öcalanın qardaşı oğlu,Türkiyə parlamentində kürd millətçilərini təmsil edən Demokrat partiyasından deputat İ.Öcalan vasitəsilə apardığı danışıqlar Türkiyənin demokratik gələcəyinə dair kompromis razılıqların əldə edilməsi ilə nəticələndi.Bundan əlavə, Öcalanın qərarına onun adadakı durumu,habelə ona vəd edilən bəzi təkliflər də təsir göstərmiş oldu.Nəticə etibarilə mayın 7-də KFP məxfi şəkildə özünün 12-ci qurultayını keçirərək silahı yerə qoyacağını və fəaliyyətini bundan sonra qanunvericilik bazası əsasında davam etdirəcəyini bəyan edib.Bu qərara Baxçalının qeyd etdiyi kimi Mardin şəhərinin meri,kürd millətçilərinin ağsaqllarından sayılan Əhməd Türkün də ciddi təsiri olub.
PKK-nın özünü buraxması və fəaliyyətini dayandıracağı ilə bağlı qərarı Türkiyəni 50 ildən yuxarı təhdid edən terror təhlükəsinin nəhayət ki,aradan qalxacağı və ya ən azı səngiyəcəyi ilə bağlı fikirləri səsləndirməyə əsas verir.Lakin Öcalanın bu çağırışına Suriya və İraq ərazisində dislokasiya mövqeləri olan PKK-nın məlum qabadlarının da adekvat cavab verəcəyi hələ də sual altındadır.Suriyada PKK lideri Cəmil Bayık Öcalanın çağırışına münasibətdə bu qərarın onun özünə aidiyyəti ilə bağlı olduğunu qeyd edərək PKK-nın Suriya qanadının bu müraciətə əsasən fəaliyyətini dayandırmayacağını bəyan edib.Ümumiyyətlə isə PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır.Belə ki,Öcalan hələ Ecevit iqtidarı dövründə Keniyada zərərsizləşdirilmiş və həbs edilmişdi. Bəllidir ki,o İmralıdakı adadan təşkilatın fəaliyyətinə rəhbərlik etmirdi.Digər tərəfdən PKK-nın Suriyadakı qanadına uzun illərdən bəri ABŞ-nin maliyyə və hərbi dəstək göstərdiyi bəlli idi. ABŞ administrasiyadından müvafiq göstərişlər almadan onun dərhal fəaliyyətini dayandıracağı da inandırıcı deyildi.Nəhayət nəzərə almaq lazımdır ki,PKK vasitəsilə uzun illər Türkiyəni təhdid edən tərəflərdən biri İsrail olmuşdur və regional təhlükəsizlik problemlərinə Ankara ilə fərqli baxışların qaldığı bir şəraitdə Təl Əvivin PKK ilə əməkdaşlıqdan çəkinməyəcəyi birmənalıdır.
Suriyada real hakimiyyət Ankara ilə bağlılığı olan keçid hökumətinin nəzarətinə keçdikdən sonra bəllidir ki,Türkiyə Əş Şuara iqtidarı vasitəsilə mövcud problemi nizamlamağa çalışacaq.Ankara və Təl-Əviv arasında münasibətlərdəki gərginliyin aradan qaldırılmasında aydındır ki,rəsmi Bakı regional təhlükəsizlik,habelə hər iki tərəflə strateji tərəfdaşlıq münasibətlərindən çıxış edərək vasitəçilik etmək üçün geniş imkanlara malikdir. Belə ki,hər iki tərəflə rəsmi Bakı yüksək etimad kəsb edən əlaqələrə malikdir.



Seçilən
0
50
azia.az

10Mənbələr