AZ

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb.

Bildirilir ki, hazırkı mövsüm son 56 ilin ən bolsulu yazıdır. Hətta iddialara görə, yağıntıların çox olması yay aylarında müşahidə olunacaq ekstremal istilərin əlaməti ola bilər.  Yayda istilər rekord həddə çatacaq? 

News365.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu sualın birmənalı cavabı yoxdur:

  “Amma yaz aylarında müşahidə olunan intensiv və davamlı yağıntılar, xüsusən də normadan xeyli çox olduqda, qarşıdakı yay mövsümündə ekstremal istilərin baş vermə ehtimalını artırır. Bu, bir neçə amillə bağlıdır. Belə ki, yağıntılar nəticəsində torpaq və bitki örtüyü daha çox nəm toplayır. Bu nəm yayda buxarlanaraq atmosferə qalxır və rütubəti artırır. Yüksək rütubət isə isti havaların daha çox “hiss edilən istilik” yaratmasına səbəb olur”. 

Ekoloq qeyd edib ki, yazda artan yağıntılar atmosferdə dövran dəyişikliklərinə işarə ola bilər: 

  “Əgər bu dəyişikliklər antisiklonların – sabit, günəşli və isti hava gətirən hava kütlələrinin  üstünlük təşkil etməsinə gətirib çıxararsa, bu zaman yayda uzunmüddətli istilər qeydə alına bilər. Həmçinin, iqlim dəyişiklikləri fonunda regionlarda ekstremal hadisələrin – ya leysan, ya quraqlıq, ya da istilərin sıxlaşması müşahidə olunur.

Son illərdə Cənubi Qafqazda da bu meyil güclənib.   Yəni bu ilin bolsulu yazının quraq və anomal isti yay üçün zəmin yaratması mümkündür. Amma bu, 100 faiz zəmanətli bir nəticə deyil. Digər atmosfer və okean axınları da bu prosesə təsir edə bilər”.

Seçilən
0
5
news365.az

6Mənbələr