AZ

DSX-nın hərbçiləri təltif olundular - FOTOLAR

Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi tərəfindən təltif olunublar.

Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə edilən nailiyyətlərdən danışan DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhəd təhlükəsizliyinin mühafizəsinin ali rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğunu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələrini xüsusi vurğulayıb.

Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

"Cebheinfo.az"

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr