AZ

Zaxarovadan Makron, Starmer və Mertsə narkotik ittihamı – “Kokaini gizlətməyi unudublar” - VİDEO

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makron, Britaniya baş naziri Kir Starmer və Almaniyanın yeni kansleri Fridrix Mertsə qarşı sensasion narkotik ittihamı irəli sürüb.

Musavat.com bildirir ki, Zaxarovanın iddiasına görə, Kiyevdən dönüş zamanı liderlər qatarda “kokain çəkib”. Onun sözlərinə görə, hadisə jurnalistlər otağa daxil olmamışdan əvvəl baş verib:

“Onlar jurnalistlər girənə qədər salfet kağızını və qaşığı gizlətməyi unudublar,” – deyə Zaxarova sosial şəbəkədə paylaşım edib.

Bu qalmaqallı açıqlama sosial şəbəkələrdə və beynəlxalq mediada böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yayılmış bir videoda liderlərin davranışları və masa üzərindəki bəzi əşyalar diqqət çəkir. Kadrlardan görünür ki, Makron masanın üzərindən hansısa predmeti götürür və gizlədir. Starmer də eyni hərəkəti edir.

Qeyd edək ki, Mariya Zaxarova Qərb liderlərinə qarşı tez-tez sərt və ironik açıqlamalarla çıxış edir.
Bu video isə iki gündür bütün dünyada viral olub. Hər kəs də iddia edir ki, liderlər narkotik istifadə edirdilər.

Musavat.com həm kadrları təqdim edir.



Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr