İlk dəfə olaraq Britaniyanın yeni kəşfiyyat şefi qadın olacaq. Bu barədə yerli mətbuat yazır. “Times”in məlumatına görə, hazırda kəşfiyyat rəhbəri postuna üç qadın namizəd var.
“Tarixində ilk dəfə olaraq MI6 məxfi kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək… İş üçün müsahibələr keçən həftə baş tutub və hər üç son namizəd qadın olub – onlardan ikisi Mİ6 zabitidir” – “Times” nəşri xəbər verir. Böyük Britaniyanın Çindəki keçmiş səfiri Barbara Vudvord kəşfiyyat rəhbəri postuna daha iddialıdır, lakin o, ÇXR-ə rəğbətinə görə tənqid olunur.
Xatırladaq ki, son 5 ildə Mİ6 kəşfiyyatına Riçard Mur rəhbərlik edib. O, gələn payızda vəzifəsini tərk edəcək.
//Samir Qurbanov, Editor.az