AZ

“Neftçi” Şeydayevə müqaviləni pozmağı təklif etdi - SON DƏQİQƏ

«Neftçi»də Ramil Şeydayevlə danışıqlar başlayıb.

Paytaxt təmsilçisi ötən ilin iyulunda sıralarına qatdığı və 3 illik müqavilə bağladığı hücumçu ilə yollarını ayırmaq fikrindədir.

Ona müəyyən təzminat qarşılığında kontraktı ikitərəfli qaydada pozmaq təklif olunub.

Bu, Samir Abasovun qəti mövqeyidir. Rəhbərlik tərəfindən dəstəklənən və gələn mövsümü də burada keçirəcəyi dəqiqləşən baş məşqçi sözügedən forvardı «qara siyahı»ya daxil edib.

Onun fikrincə, millinin üzvü böyük miqdarda əməkhaqqı alsa da, meydanda can qoymur, məşqlərə və oyunlara həvəssiz yanaşır.

Abasovun idarəçilərə bildirdiyinə görə, ona sürətli, topla müdafiəçiləri keçməyi və düzgün mövqe seçməyi bacaran biri lazımdır, 29 yaşlı ön xətt adamı isə bu tələblərə cavab vermir.

Şeydayev «Neftçi»yə «Kocelispor»dan gəlib. O, cari sezonda cəmi 4 qol vura bilib.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr