AZ

Kann festivalında “ulduzlar”a qadağa – açıq-saçıq geyinə bilməyəcəklər

Kann kinofestivalının qonaqlarına “çılpaq” geyimdə görünmək qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Qeyd olunur ki, son illər sözügedən tədbirdə ulduzlar açıq-saçıq obrazlar nümayiş etdirməkdə fəallaşıb, diqqəti daha çox cəlb ediblər. Mayın 13-də başlayacaq kinofestivalın təşkilatçıları bunun nəticəsində yeni geyim qaydaları tətbiq etməyə məcbur olduqlarını bildiriblər.

Bəyanatda deyilir: "Ədalət baxımından, qırmızı xalçada və ya festivalın hər hansı digər yerində çılpaqlıq qadağandır. "İfadə qruplarından bu qaydalara əməl etməyən hər kəsin qırmızı xalçaya girişini qadağan etmələri tələb olunacaq".

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr