AZ

Aİ ilin sonuna qədər Kiyevə 900 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər Kiyev üçün silah və sursat almaq üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən 900 milyon avro ayırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Aİ-Ukrayna hərbi əməkdaşlığına dair konfransda Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius bildirib.

Kubilius həmçinin xatırladıb ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas mayın 9-da Lvovda Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacağını vəd edib və bu pulların müxtəlif pilotsuz təyyarələrin istehsalına yönəldiləcəyini vurğulayıb.

Seçilən
0
ucnoqta.az

1Mənbələr