Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunda məşqçilər heyəti formalaşır.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik baş məşqçi kimi Kənan Kərimovla yoluna davam edəcək. Ancaq mütəxəssisin PRO kateqoriyası olmadığı üçün rəsmi olaraq komandanın çalışdırıcısı Azər Məmmədov təyin ediləcək.
“Kəpəz”in sabiq baş məşqçisi komandada əsas söz sahibi Kərimovun yardımcılığını edəcək. Əldə etdiyimiz daha bir məlumata görə, “Karvan”da qapıçılar üzrə məşqçinin də adına aydınlıq gəlib.
Bu, Hüseyn Məhəmmədovdur. “Neftçi”nin sabiq qolkiperi bundan sonra bölgə klubunda çalışacaq.