AZ

Bu gün Gürcüstanda Ümid Günü qeyd olunur

Yazını böyüt
Yazını kiçilt

Ortodoks kilsəsi mayın 12-də İlk Çağırılan Həvari Andrianın anım gününü və Gürcüstanın Tanrının anasına əmanət edilməsi gününü – Ümid Gününü qeyd edir.

Hafta.az-ın yazdığına görə, İncilə əsasən, Müqəddəs İlk Çağırılan Həvari Andria Həvari Petrenin qardaşı olub. Məsih həvarilər arasında ilk olaraq Andrianı çağırıb, buna görə də onu İlk Çağırılan adlandırdılar. Rəvayətə görə, müqəddəs həvari ilk olaraq Didacaraya daxil olub.

Müqəddəs Sinod 2018-ci ilin dekabrında mayın 12-ni Gürcüstanın əqdəs Tanrının anasına əmanət edilməsi günü kimi təsis etmək və bu günü milli bayram elan etmək qərarını verdi. 2019-cu ildə hökumətin müraciəti nəticəsində Gürcüstan Parlamenti “Əmək Məcəlləsi”nə hazırlanmış dəyişiklikləri təsdiqlədi və bunu nəzərə almaqla, müqəddəs həvari Andrianın anım günü ilə yanaşı, mayın 12-i – Gürcüstanın əqdəs Tanrının anasına əmanət edilməsi günü – Ümid Günü kimi təyin edildi.

Gürcüstanın ortodoks həvari kilsəsi İlk Çağırılan Həvari Andrianın anım gününü ildə iki dəfə – mayın 12-də müqəddəs həvarinin Gürcüstana gəlişini, dekabrın 13-də isə onun dünyasını dəyişməsi gününü qeyd edir.

Seçilən
0
hafta.az

1Mənbələr