AZ

Aktauda təyyarə qəzası - Yekun hesabat nə vaxt AÇIQLANACAQ...

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaq davam edir.

Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğundan bildirilib.

Məlumatda deyilir ki, qəza ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.

İstintaq “təhlükəsizlik qaydalarını pozma” maddəsi ilə aparılır.

Qazaxıstan Nəqliyyat Nazirliyindən isə bildirilib ki, qəzanın səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya uğrayıb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Seçilən
0
3
modern.az

8Mənbələr