AZ

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 12 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev mayın 16-sı saat 10:00-da Nizami Rayon Prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətlərini dinləyəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar qəbulla bağlı Nizami Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

 

Seçilən
0
23
azertag.az

10Mənbələr