AZ

Fransa şəhərlərində islamofobiyaya qarşı nümayişlər keçirilib

Fransanın müxtəlif şəhərlərində son illərdə ölkədə anti-müsəlman əhval-ruhiyyəsinin (islamofobiya) artmasına cavab olaraq nümayişlər keçirilib. Aprelin 25-də La-Qran-Comb şəhərindəki Xəticə məscidində müsəlman gənc Əbubəkr Sissənin bıçaqlanması ölkənin müsəlman icmasının reaksiyasına səbəb olub.

Məlumatı “Anadolu” yayıb. 

Marsel və Lion kimi müxtəlif şəhərlərdə və xüsusilə də paytaxt Parisdə mediada və ölkənin siyasi arenasında artan islamafobiyaya qarşı nümayişlər keçirilib. Parisdəki Bastiliya meydanında saat 14:00-da başlayan nümayiş Millət meydanında başa çatıb. Etirazçılar Fransanın daxili işlər naziri Bruno Riteylonun immiqrantlara və müsəlmanlara qarşı siyasətinə etiraz ediblər.

Onlar “İslamofobiya öldürür. Dövlət və media da buna töhfə verir. Müqavimət edək, Riteylo, Əbubəkrin qanı sənin əlindədir”, “İslamofobiyanı dayandır”, “Paris faşizmə qarşı”, “İslamofobiyaya yox” şüarları da səsləndiriblər.

Nümayişə ifrat solçu Sarsılmaz Fransa (LFI) partiyasının qurucusu Jan-Lyuk Mélenşon, LFI deputatı Aymerik Karon və digər müxalifət siyasətçiləri qatılıblar. Etirazçılar məsciddə öldürülən Sissə üçün ədalət tələb ediblər. Çoxlu sayda insan əllərində Fələstin bayraqları qaldırıblar.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr