AZ

Bayram sevinci zamanı bədbəxt hadisə

style='margin-bottom:10px;'>

2-ci Bundesliqanın 33-cü turunda "Hamburq" - "SSV Ulm 1846" matçından sonra izdiham yaranıb.

QOL.az xəbər verir ki, "Hamburq" bu oyunda 6:1 hesablı qələbə qazanmaqla növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqəni təmin edib. Komandalarının 7 il sonra elitaya qayıtmağını qeyd edən azarkeşlər meydana eniblər. Bu vaxt izdiham yaranıb.

Hələ görüşün başa çatmasına bir neçə dəqiqə qalmış azarkeşlərin bir hissəsi reklam lövhələrini aşırıblar. Polis azarkeşlərin paltardəyişmə otağına getməyinə mane olub.

Alman Mətbuat Agentliyinin (DPA) Hamburq Xilasetmə İdarəsinə əsaslanaraq yaydığı məlumata görə, hadisə nəticəsində 26 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. 

Qeyd edək ki, 2-ci Bundesliqada sona 1 tur qalmış "Hamburq" 59 xalla 1-ci, "Köln" 58 xalla 2-ci, "Elversberq" isə 55 xalla 3-cüdür.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr