BAKI, 12 may. TELEQRAF
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub.
Teleqraf xəbər verir ki, illik məlumat mayın 13-də parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, "İnsan alverinə qarşı mübarizə haqqında" qanunun uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.