Xızıda bədbəxt hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Bayram Sabir oğlu Muradovu balıq tutarkən elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilən B.Muradovun vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.\\Lent.az