“Taliban” hakimiyyəti dini səbəblərə görə Əfqanıstanda şahmatı qadağan edib. Bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.
Məhdudiyyətlər Əfqanıstanın “Fəziləti Təbliğ Etmək və Pisliklərə Qarşı Mübarizə Nazirliyi” tərəfindən qoyulub. Bu məlumatı agentliyə ölkənin İdman Nazirliyinin rəsmiləri təsdiqləyib. Nazirlik xüsusilə Əfqanıstan Şahmat Federasiyasını ləğv edib.
"Əfqanıstanda vaxtilə məşhur idman növü olan şahmat son illərdə canlanma müşahidə edib. Talibanın mövqeyi onların İslam qanuni şərhlərinə istinad edərək ölkədə mədəni və istirahət fəaliyyətlərini məhdudlaşdırmaq üzrə daha geniş strategiyasını əks etdirir", - “Khaama Press” yazıb.
“Taliban” 2021-ci ilin avqustunda Kabili ələ keçirdikdən və ABŞ qoşunlarının çıxarılmasından sonra yerli hökuməti devirdikdən sonra Əfqanıstanda hakimiyyəti bərpa edib. “Taliban” Əfqanıstanda nisbi təhlükəsizliyi bərpa edə bilsə də, sonra BMT missiyası kütləvi insan haqları pozuntularını sənədləşdirib. Xüsusilə, “Taliban” 2021-ci ildən bəri 200-dən çox xəbər təşkilatının bağlanmasına səbəb olan söz azadlığını məhdudlaşdırır, həmçinin hökumət əleyhinə etirazları sərt şəkildə yatırır və müxalifət xadimlərini təqib edir.
Almaz Həsənli