AZ

Putin Qərbə qarşı yeni gizli KQB 2.0 yaradıb – ŞOK DETALLAR

Rusiya Qərbə qarşı hibrid müharibə aparmaq üçün yeni gizli xidmət yaradıb. Xüsusi Tapşırıqlar Departamenti (SSD) adlanan bu bölmə diversiyalar, kiberhücumlar və Avropa daxilində sui-qəsd əməliyyatlarında ixtisaslaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Mənbə qeyd edir ki, bu, Moskvanın hibrid müharibədə yeni alətidir.

SSD Soyuq Müharibə dövrünün casus romanlarını xatırladan gizli əməliyyatları həyata keçirir. Bura sui-qəsd cəhdləri, təyyarələrə yerləşdirilən partlayıcılar və Qərb hökumətlərini çaxnaşmaya salan kiberhücumlar daxildir.
 

Analitiklərin fikrincə, SSD 2023-cü ildə, Ukrayna müharibəsinin fonunda Rusiyanın fəaliyyətini artırdığı dövrdə yaradılıb. Bu bölmənin yaranması cəbhədəki uğursuzluqlara və NATO ölkələrinin təzyiqinin artmasına sanki bir cavabdır.


Avqust Universitetindən beynəlxalq münasibətlər üzrə professor Dr. Lens Xanter SSD-ni sadəcə Rusiyanın xüsusi xidmət strukturlarında yeni bir halqa kimi deyil, "yeni tipli Frankeşteyn" kimi xarakterizə edir:

“SSD-ni Sovet dövrünün KQB-sinə bənzətmək olar. Lakin bu, artıq KQB 2.0-dır – fərqli Rusiya agentliklərinin funksiyalarını birləşdirərək, müasir vasitələrdən – kiberəməliyyatlardan, diversiyalardan və gizli müharibədən istifadə edir.”

Xanter əlavə edir ki, SSD Rusiyanın hərbi kəşfiyyatının daha geniş strukturuna inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir, digər xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə işləyir və tez-tez onlarla birgə əməliyyatlar həyata keçirir.
 

Mənbələrin məlumatına görə, bu bölmə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) "Akvarium" kod adlı qərargahında yerləşir və Kremlin ən təhlükəli əməliyyatlarında iştirak etmiş elit agentləri cəlb edib.


“The Wall Street Journal”ın məlumatına əsasən, SSD bir neçə səs-küylü əməliyyatlar həyata keçirib.

Almaniyanın hərbi sənaye konsern rəhbərinə qarşı sui-qəsd planı və DHL yük təyyarələrinin partladılması cəhdləri bunlara nümunədir.

Buna baxmayaraq, Kreml SSD-nin mövcudluğunu ənənəvi olaraq inkar edir.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr