AZ

Zelenski: "PUTİNİ İSTANBULDA GÖZLƏYƏCƏYƏM"

Hurriyyet.az xəbər verir ki, Amerikanın "Axios" nəşrinin məlumatına görə, Rusiya mayın 12-də atəşi dayandırmasa belə, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.

Rusiya tərəfi mayın 15-də Türkiyədə danışıqlar aparmağı təklif edib. 

Sayt yazır: "Ukraynalı məmurun verdiyi məlumata görə, Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı günü Türkiyədə səfər edəcək".

Rusiya Prezidenti Vladimir Putin mayın 11-də, gecə bəyanat verərək, mayın 15-də, cümə axşamı günü İstanbulda Kiyevlə "birbaşa danışıqlar" aparmaq niyyətində olduğunu bildirmiş, lakin 30 günlük aəşkəs barəsində söz deməmişdi.

Mayın 11-də ABŞ Prezidenti Donald Tramp Ukraynanın dərhal Kremlin lideri Vladimir Putinlə mayın 15-də Türkiyədə danışıqlar aparmaq təklifinə (hətta danışıqlarda 30 günlük atəşkəs razılaşması nəzərdə tutulmasa belə) razılaşmalı olduğunu bəyan etmişdi. 

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 11-də, axşam saatlarında bəyan etmişdi ki, Rusiya Federasiyasının mayın 12-də atəşkəsə başlamasını gözləyir və mayın 15-də, Türkiyədə şəxsən Vladimir Putin ilə görüşü gözləyəcək.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya tərəfinin də Ukrayna Prezidenti Vladimir Zelenski kimi, Türkiyədə şəxsi görüşə hazır olmaq cəsarətinin olduğuna şübhə etdiyini bildirib.

Hürr Tərcüman

Seçilən
0
39
hurriyyet.az

10Mənbələr