AZ

Sibel Kekilli “Xidmətlərə görə” ordeni ilə təltif edilib

Türk əsilli aktrisa Sibel Kekilli Almaniyanın "Xidmətlərə görə" ordeni ilə təltif edilib.

Kulis.az xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətində təşkil edilən mərasimdə Vinfrid Kretçmann Sibel Kekilliyə mükafatı təqdim edib.

Aktrisa “Divara qarşı” filmi və “Taxt Oyunları” serialı ilə məşhurlaşıb.

Qeyd edək ki, aktrisa mərasimdəki çıxışında bildirib ki ki, "Bu mükafat mənim üçün müdafiə etdiyim dəyərlərin tanınması deməkdir"

Seçilən
0
kulis.az

1Mənbələr