Rusiya Müdafiə Nazirliyi yeni Su-35S qırıcılarının növbəti partiyasını Birləşmiş Aviasiya Korporasiyasından (UAC) təhvil alıb.
Herbiand.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Birləşmiş Təyyarə Korporasiyası Rusiya Müdafiə Nazirliyinə yeni çoxməqsədli Su-35S qırıcılarının növbəti partiyasını təhvil verib. 4++ nəsil təyyarələr zavod sınaqlarının tam tsiklindən keçib, müxtəlif iş rejimlərində sınaqdan keçirilib və öz doğma aerodromuna uçub".