AZ

“Liverpul” “Arsenal”la bacarmadı

İngiltərə Premiyer Liqasının 36-cı turunda lider “Liverpul” evində “Arsenal”lı qonaq edib. Turun mərkəzi qarşılaşmasında qapılara 4 qol vurulub.

Yenisabah.az xəbər verir ki, oyuna daha aktiv başlayan meydan sahibləri Qakpo (20) və Luis Diazın (21) qolları ilə 2-0 önə keçib. İkinci hissədə toparlanmağı bacaran “topçular” Qabriel Martinelli (47) və Mikel Merino (70) ilə hesabda tarazlıq yaradıb.

Bu nəticə ilə çempion “Liverpul” xallarının sayını 83-ə, ikinci sırada qərarlaşan “Arsenal” isə 68-ə yüksəldib.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr